Ticarət obyektlərində geyimdəyişmə otaqlarından istifadə ilə bağlı yeni QƏRAR

Ölkədə geyim satışı ilə məşğul olan ticarət obyektlərində geyimdəyişmə otaqlarından istifadəyə icazə verilib.

Bu barədə Yenicag.az-a Səhiyyə Nazirliyindən məlumat verilib. Məlumatda bildirilir ki, Azərbaycan ərazisində xüsusi karantin rejimi dövründə bəzi sahə və istiqamətlər üzrə koronavirus (COVID-19) infeksiyasının profilaktikasına dair metodiki göstərişlərə dəyişiklik edilib.

“Dəyişikliyə əsasən, geyim satışı ilə məşğul olan ticarət obyektlərində geyimdəyişmə otaqlarından istifadəyə hər müştəridən sonra dezinfeksiya işləri aparılması şərti ilə icazə veriləcək”, – məlumatda deyilir.