Sözügedən firmanın fırıldaqçılığının qurbanına çevrilənlərdən biri də Vasif Əsədovdur
Çinə məxsus dərman firması “Tiens” haqda bir çoxumuz məlumatlıyıq. O da bəllidir ki, bu firma tərkibi, mənşəyi bilinməyən dərmanlar sataraq vətəndaşları aldadır, onların pulunu mənimsəyir. Sözügedən firmanın fırıldaqçılığının qurbanına çevrilənlərdən biri də Vasif Əsədovdur. BTV-yə danışan şikayətçi bildirir ki, onun “Tiens”lə tanışlığı telefon vasitəsilə olub. Belə ki, ona zəng edərək şanslı nömrə seçildiyini bildirib münasib qiymətə həm müayinə, həm də müalicə ala biləcəyini söyləyərək, firmanın “Xalqlar dostluğu” metrosu yaxınlığındakı ofislərinə dəvət ediblər. Hadisələr də elə bundan sonra başlayıb. Biz bütün iddialara aydınlıq gətirmək üçün adıçəkilən firma ilə əlaqə saxladıq. Suallarımızı firmanın məsul şəxsi Tuncay bəy cavablandırdı və şikayətçi ilə birgə ofislərinə yaxınlaşmağımızı söylədi. Getdiyimiz ünvanda bizi bağlı qapılar və obyektin icarəyə verildiyini bildirən elan qarşıladı. Görünür fırıldaqçı şirkət hələ çoxlarını öz toruna salacaq(Bolgexeber.com)