CineMax production “Özgə” adlı bədii filmin çəkilişlərinə start verib.
Y. Kərimzadə Yenicag.az-a açıqlamasında filmlə bağlı məlumat verib. Ailə dramından bəhs edən filmdə əsas rolları xalq artisti Şamil Süleymanov, Əjdər Zeynalov, əməkdar artist Mehriban Xanlarova, Naibə Allahverdiyeva, Aysel Mamedova, Ziyad Qurbanov, Gülxarə Ərəbxanova və başqaları canlandıracaq. Filmin operatoru İsrafil Xanlarovdur.
Aysel Mamedova Heydər Əliyev adına Tiflis dram teatrının aparıcı aktrisası, müğənnidir. O, eyni zamanda, “Tiflis gözəli” seçilib.
“Şəhərlər də insan kimidir. Doğulur, yaşayır, ölür…”- filmdə xalq artisti, Şamil Süleymanovun yaratdığı zərgər Nadir obrazının dilindən səslənən bu sözlər filmin əsas qayəsini təşkil edəcək.
Çəkilişlər Azərbaycanda və Gürcüstanda aparılacaq. Bəzi kadrlar İsmayıllı və Qəbələ rayonunda lentə alınacaq.
Qeyd edək ki, filmin informasiya dəstəyi Yenicag.az saytına məxsusdur.
Cəvahir
Yenicag.az