!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Tiflis hadisələrinin arxasında hakimiyyətdaxili qüvvələr dayanır” – Gela Vasadze

!Reklam – Yazi

“Onlar daxili işlər naziri Georgi Qaxariyanın baş nazir postuna gəririlməsini əngəlləməyə çalışırdılar və buna nail oldular”.

Bu fikirləri Yenicag.ru-ya müsahibəsində Tiflisdə baş verən məlum hadisələrin səbəbləri haqda danışan gürcüstanlı politoloq Gela Vasadze deyib.

– Hazırda Gürcüstanda vəziyyət necədir?

– İndi sakitlikdir, lakin bu gün axşama yeni etiraz aksiyaları təyin olunub. Dünənki aksiyanı isə daha çox xalq gəzintisi adlandırmaq olar. Əgər nəsə baş verməsə, aksiya bu gün davam etdiriləcək.

– Sizcə son hadisələrin arxasında hansı qüvvələr dayanır və onlar məqsədlərinə nə qədər nail oldular?

– Bu hadisələri hansısa qüvvələrin ssenariləşdirdiklərini söyləmək doğru olmazdı. Bu, hakimiyyətin yanlışı üzündən Gürcüstanın ərazi bütövlüyünü tanımayan pravoslav kommunistin yolverilməz davranışına qarşı bir anda yaranan etiraz idi.

Həmin hadisələrdən hansı qüvvələrin və necə yararlanmaları isə başqa məsələdir. Onlar ilk növbədə daxili işlər naziri Georgi Qaxariyanın baş nazir postuna gəririlməsini əngəlləməyə çalışan hakimiyyətdaxili qüvvələrdir. Deyə bilərik ki, onlar məqsədlərinə çatdılar. Özünü siyasi meydanda aktuallaşdırmağa çalışan müxalifət isə buna nail ola bilmədi. İnsanlar isə hökumətin göstərdiyi kimi narazı və qəzəblidirlər.

– Bu fonda Rusiya da ənənəvi təzyiq metoduna əl atıb. Gürcüstana aviareyslər dayandırılıb və rusiyalı turistlərin ölkənizə səfərləri məhdudlaşdırılıb. Putin bununla Gürcüstan iqtisadiyyatına zərbə vurmağı düşünür. Onun bu addımları nəticə verəcək?

– Bu kimi addımların Gürcüstan iqtisadiyyatını sarsıdacağını düşünmürəm. Rusiya bununla Gürcüstana təzyiq vasitələrinə malik olduğunu göstərmək istəyir. Ancaq o təzyiqlərin iqtisadiyyata dağıdıcı təsiri olmayacaq.

Qafqaz Ömərov

www.yenicag.az

3058
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv