Tiflis hadisələrinin ilk “qurban”ı: Spiker istefaya getdi

Gürcüstan parlamentinin spikeri İrakliy Kobaxizde istefa verib.

Yenicag.az xəbər verir ki, bu məlumatı spiker özü hakim “Gürcü arzusu” Partiyasının bugünkü iclasında açıqlayıb.

Qərar müzakirələrdən sonra qəbul olunub.

İlkin siyasi dəyərləndirmələrə görə, parlamentin yeni sədri Arçil Talakvidze olacağı təxmin olunur.

Xatırladaq ki, dünəndən Gürcüstanda başlayan etiraz aksiyaları indiyədək səngiməyib.

Qeyd edək ki, Gürcüstanda etiraz aksiyaları rus Qavrilovun İrakliy Kobaxizdenin kürsüsündə oturmasından sonra başlamışdı.