Tiflis hava limanı bağlanıldı – Bomba həyəcanı

Gürcüstanın paytaxtı Tiflis şəhərindəki Şota Rustaveli adına beynəlxalq hava limanında fövqəladə vəziyyət yaranıb.

Yenicag.az xəbər verir ki, naməlum şəxs çağrı mərkəzinə zəng edərək aeroportda təhlükəli çanta olması barədə məlumat verib. Nəticədə hava limanındakı sərnişinlər təxliyyə olunublar. Başqa ölkələrdən və şəhərlərdən gələn sərnişinləri təyyarələrdən kənara buraxmırlar.

Hadisə ilə bağlı Gürcüstan Daxili İşlər Nazirliyi də rəsmi məlumat yayıb. Hazırda hava limanında lazımi axtarış-xilasetmə tədbirlərinin həyata keçirildiyi qeyd olunub. Naməlum zəngin yalan olması axtarışın nəticələrindən sonra məlum olacaq. Hadisə yerində polis təhqiqat aparır.