Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Tiflisdə azərbaycanlılar qəzaya düşdü - 1 ölü, 12 yaralı

Gürcüstanın paytaxtı Tiflisin mərkəzi Çavçavadze prospektində təcili tibbi yardım maşını ağır qəza törədib.

Yenicag.az xəbər verir ki, səhər saatlarında avtomobil prospektdə tikinti ərazisində yerləşən və tikintidə çalışan işçilərin olduğu köşkə çırpılıb.

Nəticədə bir nəfər ölüb, 12 nəfər yaralanıb. Xəsarət alanların təcili tibbi yardım briqadasının üzvləri və Azərbaycan vətəndaşları və ya yerli azərbaycanlıların olduğu bildirilir.

Yaralılar xəstəxanaya çatdırılıb. Onlardan birinin vəziyyəti ağır olduğundan əməliyyata qaldırılıb.

Gürcüstan Daxili İşlər Nazirliyi faktla bağlı istintaqa başlayıb./Report /

Loading...

www.yenicag.az

3424
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100