!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tiflisdə etirazçılar baş nazirə vaxt verdilər

!Reklam – Yazi

Gürcüstanın paytaxtı Tiflisdə parlament binası qarşısında etiraz aksiyası keçirilir.

Yenicag.az xəbər verir ki, aksiyanın təşkilatçıları baş nazir Georgi Kvirikaşvilini gecə klublarında keçirilmiş xüsusi əməliyyatla bağlı mövqeyini açıqlamağa çağırıblar.

Təşkilatçılar baş nazirə bəyanatla çıxış etməsi üçün saat 22:00-a qədər vaxt veriblər. Əks halda aksiya gecə saatlarında da davam etdiriləcək və çadırlar qurulacaq.

Polis aksiya təşkilatçılarına çadırların qurulmasına icazə verilməyəcəyi ilə bağlı xəbərdarlıq edib.

Batumi və Kutaisi şəhərlərindən də aksiyaya qatılanların olacağı bildirilib. Aksiyanın keçirildiyi yerə yaxın əraziyə xüsusi təyinatlılardan ibarət qrup cəlb olunub.

Qeyd edək ki, ötən gecə Tbilisidəki “Basiani” və “Gallery” gecə klublarında keçirilmiş xüsusi əməliyyat zamanı 8 narkotik alverçisi saxlanılıb.

www.yenicag.az

1707
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv