Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Tiflisə gedən qatar niyə yolda qaldı?

Ötən gecə Bakı-Tiflis qatarında yaranmış problemin səbəbi məlum olub.

Azərbaycan Dəmir Yolları Qapalı Səhimdar Cəmiyyətindən (QSC) Yenicag.az-a verilən məlumata görə, hadisə gecə saat 23:20 radələrində baş verib:

“Ötən gecə saat 23:20-də dəmir yolunun Padar-Sığırlı mənzilində kontakt şəbəkəsində yaranmış nasazlıq nəticəsində qatarların hərəkətində ləngimə olub. Hərəkətdə olan 38/saylı Bakı-Tiflis sərnişin qatarı yolda qalıb. Qatar teplovoz dartısı ilə Sığırlı stansiyasına gətirilib və oradan təyinatı üzrə yola salınıb”.

QSC-dən bildiriblər ki, hadisə nəticəsində Bakı-Tiflis sərnişin qatarının hərəkətində 2 saat gecikmə qeydə alınıb.

www.yenicag.az

11428