Tiflisə xüsusi təyinatlılar yeridildi – Aksiya dağıdılır – 18 həbs

Tiflisdə etirazçılar və müxalifət nümayəndələri parlamentin girişinə yaxınlaşmağa cəhd edib.

Yenicag.az xəbər verir ki, Gürcüstanın xüsusi təyinatlıları əvvəlcə etirazçılara çadırlarını parlamentin girişindən yığışdırmaq xəbərdarlığı edib. Etirazçıların bu xəbərdarlığa məhəl qoymamasından sonra onlar aksiyanı dağıtmağa başlayıb.

Nəticədə 2 nəfər xəsarət alıb, 18 nəfər həbs edilib. Polis parlamentin Çiçinadze küçəsində yerləşən girişinə aparan yolda canlı qüvvə və avtobusdan sədd yaradıb.

Qeyd edilib ki, saat 12:00-da parlamentin plenar iclası başlayacaq. Etirazçılar deputatların qanunverici orqana daxil olmalarının qarşısını almaq istəyib.