!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

TİKA-dan azərbaycanlı gənclərə dəstək - VİDEO  

!Reklam – Yazi

TİKA (Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi) Bakının Güzdək qəsəbəsində oğlanlar üçün nəzərdə tutulan tələbə yataqxanasına aid sahədə futbol meydançası salıb.

Yenicag.az xəbər verir ki, tələbələrlə yanaşı bütün qəsəbə gənclərinin istifadəsinə verilən meydançanın açılış mərasimində Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Gənclər və İdman Nazirliyi, eləcə də Abşeron icra hakimiyyətinin nümayəndələri ilə yanaşı türk iş adamları və qəsəbə sakinləri də iştirak edib.

Səfir Erkan Özoral çıxışı zamanı bildirib ki, bu sadəcə bir idman meydançasının açılış tədbiri deyil, həmçinin Türkiyə-Azərbaycan qardaşlığının bir örnəyidir.

“Türkiyə və Azərbaycan iki dövlət, bir millətdir. Türkiyənin gücü Azərbaycanın, Azərbaycanın gücü isə Türkiyənin gücüdür. Birlikdə hər zaman daha güclü və irəlidə olacağıq.”

TİKA-nın Azərbaycandakı koordinatoru Adəm Urfa azərbaycanlı gənclərin zərərli vərdişlərdən qorunmasına, ölkənin gələcəyinin sağlam təməllər əsasında inşa edilməsinə dəstək verən təhsil, idman və mədəniyyət sahəsindəki fəaliyyətlərini davam etdirəcəklərini bildirib.

Çıxış nitqlərindən sonra səfir açılış lentini kəsib və meydança istifadəyə verilib.

TİKA rəhbərliyindən verilən məlumata görə, futbol meydançasından istifadə üçün heç bir ödəniş nəzərdə tutulmayıb.

www.yenicag.az

1799
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv