Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

TİKA iftar süfrəsi təşkil etdi - VİDEOREPORTAJ

Ötən gün Bakıda Türk İşbirliyi və Koordinasiya Agentliyinin (TİKA) Bakı Proqram Koordinatorluğu tərəfindən “Fairmont” otelində iftar yeməyi təşkil edilib.

Yenicag.az xəbər verir ki, iftar süfrəsinə Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral, Şimali Kiprin Bakı təmsilçisi Ufuk Turganer, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Salman Musayev, TİKA-nın sədr müavini Ali Maskan, Azərbaycan iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, TİKA-nın Bakı Proqramı Koordinatoru Teoman Tiryaki, ATEV sədri Tənzilə Rüstəmxanlı, millət vəkilləri Qənirə Paşayeva, Sona Əliyeva, Azərbaycanda fəaliyyət göstərən türk qurumlarının təmsilçiləri, iş adamları, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.

İlk olaraq çıxış edən TİKA Bakı Proqramı Koordinatoru Teoman Tiryaki hər kəsi salamlayaraq dəvətlərini qəbul edib gəldikləri üçün qonaqlara təşəkkürünü bildirib. O, Azərbaycanda 25 il ərzində təhsildən səhiyyəyə, kənd təsərrüfatından mədəniyyətə kimi hər sahədə çoxlu layihələr gerçəkləşdirdiklərini vurğulayıb. Teoman Tiryaki bu il 65-ə yaxın ölkədə təxminən 400 minə qədər insanı bir yerə toplayan iftar süfrələri qurduqlarını qeyd edib.

Daha sonra Türkiyə səfirliyinin Azərbaycandakı dini məsələlər üzrə müşaviri Kamil Günəş tərəfindən Qurani-Kərim Tilavət edilib. Azan oxunduqdan sonra oruclar açılıb.

Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral çıxış edərək Ramazan ayının paylaşma ayı olduğuna diqqət çəkib. O, bu Ramazan ayının bütün Türk dünyasına birlik və bərabərlik gətirməsini arzuladığını qeyd edib: “İftar süfrələrini birlikdə paylaşmaq süfrələrimizin bərəkətini artırır. Ümid edirəm ki, bu Ramazan bizlərə, bütün Türk və İslam dünyasına bir-birimizi daha da möhkəm qucaqlamağımız üçün vəsilə olar”.

Erkan Özoralın çıxışından sonra TİKA-nın fəaliyyətini özündə əks etdirən “Türkiyə Türkiyədən böyükdür” adlı qısa videoçarx nümayiş etdirilib.

Daha sonra TİKA-nın sədr müavini Ali Maskan çıxış edib. “Dünyanın hər tərəfində qardaşlarımız, dostumuz və bizə könül vermiş insanlar var” deyən Maskan “Bu gün burada, bir süfrə arxasında, bir yerə toplaşmışıqsa, deməli, birlikdə yenə də dünyanın dörd bir yanında görəcəyimiz işlər var” sözlərini çıxışına əlavə edib.

Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu vurğulayan Ali Maskan Azərbaycanın da həmişə Türkiyəni dəstəklədiyini qeyd edib.

Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Salman Musayev də çıxışında Ramazan ayının önəmini qeyd edərək belə bir iftar süfrəsində hər kəsi bir araya gətirdikləri üçün təşkilatçılara öz təşəkkürünü bildirib.

Bununla da İftar süfrəsinin rəsmi hissəsi başa çatıb.

EMİN SƏFƏROV

AQİL BƏKİR

 

www.yenicag.az

1555
SFERA
VETENINFO
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM