Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) dünyanın dörd bir yanında həyata keçirdiyi yardım və dəstək fəaliyyətləri Türkiyənin yeni növ koronavirusla (Kovid-19) qlobal miqyasda apardığı mübarizədə əhəmiyyətli rol oynayır.
TİKA-nın Kovid-19-la mübarizədə Azərbaycandan Yəmənə, Sudandan Bosniya ve Herseqovinaya qədər fərqli bölgələrdə əməkdaşlıq çərçivəsində təmin etdiyi maska və digər tibbi ləvazimatlarla yanaşı həyata keçirdiyi fəaliyyətlərdən 370 mindən çox insan faydalanır.
Yenicag.az xəbər verir ki, bu kontekstdə TİKA yanvarın 30-da Kovid-19 epidemiyasının başladığı Çinin Hubey əyalətinə bağlı Uhan şəhərindəki türk vətəndaşlarını Türkiyəyə gətirəcək hərbi yük təyyarəsinə tibbi ləvazimat yükləyib.
TİKA tərəfindən 1000 ədəd qoruyucu kombinezon, 93 min 500 ədəd filtrli maska və 1000 ədəd tək istifadəlik qoruyucu geyim kimi müxtəlif tibbi ləvazimatlar hazırlanaraq çinli səlahiyyətlilərə təhvil verilib.
Türkiyənin dəstəyi ilə yenilənib tutumu artırılan və keçən il noyabrın 22-də istifadəyə verilən Batumi Yoluxucu Xəstəliklər Xəstəxanası Gürcüstanda Kovid-19 epidemiyasıyla mübarizənin mərkəzi bazasına çevrilib.
Gürcüstanda Kovid-19-un diaqnozunun və müalicəsinin həyata keçirilə bildiyi üç səhiyyə mərkəzindən biri olan Batumi Yoluxucu Xəstəliklər Xəstəxanası Qərbi Gürcüstanın Acara, Gurya və Samegrelo bölgələrində xidmət göstərən yeganə səhiyyə mərkəzidir.
Digər tərəfdən Gürcüstanda “Evdə qal” kampaniyası çərçivəsində TİKA-nın dəstəyi ilə Kovid-19-la mübarizə üçün dövlət məmurlarına və media mənsublarına onlayn təlimlər verilib.
TİKA tərəfindən Qəzzada inşa edilib müasir tibbi avadanlıqlarla təchiz edilən Qəzza Fələstin-Türkiyə Dostluq Xəstəxanası Prezident Rəcəb Tayyib Ərdoğanın göstərişiylə Kovid-19-la mübarizə məqsədilə martın 26-da fələstinli səlahiyyətlilərə təhvil verilib.
Rifah sərhəd keçid məntəqəsindən bölgəyə dönərək Kovid-19-a qarşı alınan tədbirlər çərçivəsində karantinə tabe tutulacaq qəzzalıları gözləyən xəstəxana yalnız Qəzzanın deyil, Fələstinin ən böyük və ən müasir xəstəxanası olma xüsusiyyətinə sahibdir.
Digər tərəfdən 2014-cü ildə Pakistanda TİKA tərəfindən inşa edilən və lazımi avadanlıqlarla təchiz edilən Rəcəb Tayyib Ərdoğan Xəstəxanası ölkənin Kovid-19 ilə mübarizəsində əhəmiyyətli bir mərkəz olaraq istifadə olunur.
Qırğızıstanda da TİKA tərəfindən inşası bitən və bu yaxınlarda tibbi avadanlıqlarla təchiz edilən 72 yataqlı Bişkek Qırğız-Türk Dostluq Dövlət Xəstəxanası Kovid-19 epidemiyasıyla mübarizə çərçivəsində qismən istifadəyə veriləcək.
TİKA Bosniya və Herseqovina, Liviya, Özbəkistan, Monqolustan, Uqanda, Əlcəzair, Sudan, Bolqarıstan, Xorvatiya, Qırğızıstan, Kolumbiya və Şri Lankada 6 min 600 qoruyucu maska istehsalına dəstək verir.
Eyni zamanda Kovid-19-la mübarizə çərçivəsində Yəmənin cənubundakı Aden şəhərində 8 bölgədən 360 tibb işçisinə təlim verməyə başlayıb.
Epidemiya ilə mübarizədə qvineyalı əlilləri və yetimləri də tək qoymayan TİKA əlillərə, yetimlərə, xəstəxanalara və ictimai təşkilatlara 400 paket gigiyenik və tibbi ləvazimat paylayıb.
TİKA eyni zamanda Azərbaycanda da epidemiyanın mənfi təsirlərini görən 65 yaşdan yuxarı, aztəminatlı və ehtiyacı olan 2 min ailəni qida və təmizlik ləvazimatları ilə təmin edib.
Koronavirüs epidemiyası səbəbiylə Şimali Makedoniyada 2 min 500 qida, təmizlik və gigiyena ləvazimatlarından ibarət yardım paketi paylamağa başlayıb.
Qırğızıstanın Əmək və Sosial İnkişaf Nazirliyi və Qırğızıstan Milli Qızıl Aypara Dərnəyi ilə əməkdaşlıq çərçivəsində TİKA Çuy vilayətində Kovid-19 epidemiyasından mənfi təsir görən yaşlı, əlil və ağır şərtlərdə yaşayan insanları qida paketləri, şəxsi qoruyucu və gigiyena ləvazimatları ilə təmin edib.
Kovid-19-la qlobal miqyasda mübarizəsini İraqda da davam etdirən Türkiyə TİKA vasitəsilə keçən ay küçəyə çıxma qadağasının başladığı ölkədə ağır şərtlərdə həyatlarını davam etdirən Ərbil və Kərkükdəki 4 min ailəyə ərzaq yardımı edib.