Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

TİKA-nın dəstəyi ilə “Kitabın işıq olsun” tədbiri keçirildi - FOTO/VİDEO

Bu gün Rəşid Behbudov adına mahnı teatrında məktəbli uşaqlar üçün təşkil olunmuş “Kitabın işıq olsun” tədbiri keçirilib.

Yenicag.az xəbər verir ki, tədbir Azərbaycan Respublikası Gəncliyə Yardım Fondu, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi Bakı Proqram Koordinatorluğu və Firudin Bəy Köçərli adına Respublika Uşaq kitabxanasının dəstəyi ilə baş tutub.

Tədbir Azərbaycan və Türkiyənin dövlət himnlərinin səsləndirilməsiylə start götürüb. Açılış nitqi ilə TİKA-nın Bakı koordinatoru Teoman Tiryaki çıxış edib və qonaqları salamlayıb. Tədbirdə daha sonra Türkiyənin təhsil müşaviri Mahmud Ağırman, GYF-nin sədri Əhməd Tecim və digər qonaqlar çıxış edərək, fikirlərini gənclərə çatdırıblar.

Bundan əlavə, tədbirdə həm Azərbaycandan, həm də Türkiyədən nümayəndələr və uşaq yazarları da iştirak edib.

Tədbirdə uşaq ədəbiyyatının əhəmiyyəti, uşaqların kitaba marağının daha da artırılmasının vacibliyindən danışılıb.

Daha sonra tədbir məktəblilərin maraqlı konsert çıxışlarıyla davam edib.

Firuz Asanov
Aqil Bəkir

Loading...

www.yenicag.az

2712
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100