Tikilidə başlayan yanğın ağaclara keçdi

Bakıda tikilidə yanğın olub.

Yenicag.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, paytaxtın Xətai rayonunda ümumi sahəsi 30 m² olan taxta konstruksiyadan ibarət köməkçi tikili və yaxınlıqda qismən 4 ədəd ağac yanıb.
Ağaclar yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.