Tikilməkdə olan bina çökdü – Ölənlər və dağıntılar altında qalanlar var

Kambocada tikilməkdə olan bina çöküb.

Yenicag.az xəbər verir ki, Sianukvil şəhərində baş verən hadisə nəticəsində 3 nəfər ölüb, 19 nəfər yaralanıb.

Dağıntılar altında təxminən 30 nəfərin qala biləcəyi ehtimal olunur.

Hadisə yerində axtarış-xilasetmə işləri aparılır.