!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tikinti materialları növbəti dəfə bahalaşdı

!Reklam – Yazi

998898_470734Tikinti materialları bazarında yenidən qiymətlər qaldırılıb.

Ötən həftə ilə müqayisədə bütün növ tikinti materiallarının qiymətində az da olsa, artım var. Lakin bazarda ən çox qiyməti artan tikinti materialı yenə də taxtadır. Belə ki, manatın ikinci devalvasiyasından sonra qiymətində 101 manat artım olan taxta, son iki gündə daha 40 manat bahalaşıb.

Nəticədə, hazırda taxtanın bir kubu 300-320 manat arasında dəyişən qiymətlə satılır. Satıcılar bildirirlər ki, bu, süni qiymət artımı deyil. Onlar materialı baha aldıqları kimi, baha da satırlar.

Satıcılar söyləyirlər ki, manatın qiymətinin dollara nisbətdə ucuzlaşması nəticəsində taxtanın qiyməti yenə də bahalaşa bilər. Taxtanın qiymətinin artması nəticəsində bazarda dikt məhsullarının da qiymətində son iki gündə 1-2 manat arası bahalaşma olub.

Bəs, taxtanın qısa vaxtda bu qədər bahalaşmasına səbəb olan amil nədir?

Məsələ ilə bağlı musavat.com-a danışan iqtisadçı Oqtay Haqverdiyev bildirib ki, taxtanın qiymətində bu cür kəskin artım idxalda problemlərin olması ilə bağlı ola bilər: “Biz adətən, taxtanı Rusiyadan idxal edirik. Ola bilər ki, taxtanın həcmində çatışmazlıq var. Məhsulun qiymətində o zaman kəskin artım olur ki, ya ona təlabat çoxalır, ya da idxal aşağı olur. İndi tikinti materiallarına tələbat bir o qədər də çox deyil. Bu baxımdan hesab edirəm ki, qiymət artımının bu həddə olması idxalla əlaqədardır”.(musavat)

www.yenicag.az

600
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv