Tikinti qaydaları sadələşdirildi: Tələb olunan sənədlərin sayı azaldıldı

Tikinti üçün tələb olunan sənədlərin sayı 4 dən 2-yə endiriləcək.

Yenicag.az xəbər verir ki, bu Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində nəzərdə tutulur.

Eyni zamanda qanun layihəsində yeni tikintilər və tikintisi yarımçıq qalmış obyektlər haqqında da bəzi güzştlər nəzərdə tutulub.

Qanun layihsəsinə dəyişiklik Milli Məclisin plenar iclasında səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.