Tikinti şirkət vətəndaşları boğaza yığdı: Sakinlərdən şok addım – VİDEO

Vətəndaşların mülkiyyət hüquqlarını mütəmadi olaraq kobud şəkildə pozması ilə gündəmə gələn “Pilot-16” MMC ilə sakinlər arasında problemlər davam edir. Bu dəfə “Pilot-16” MMC-nin “Eleven Park” yaşayış kompleksinin tikintisini apardığı Novruzov qardaşları küçəsində vətəndaş şirkətə məxsus ekskavatoru yandırmaq məcburiyyətində qalıb.

Yenicag.az Editor.az-a istinadən xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb. Vətəndaşın bu addım atmasına səbəb isə şirkətin gecənin gec saatlarında heç bir xəbərdarlıq etmədən və insanların faktiki yaşadığı evi qəsdən dağıtmağa çalışması olub. Vətəndaş şirkətin uzun müddətdir davam edən özbaşınalıqlarına dözməyərək evini dağıtmaq istəyən ekskavatoru yandırıb.

Xatırladaq ki, qalmaqallı “Pilot-16” şirkəti davamlı olaraq medianın gündəminə vətəndaşların evlərini başına uçurtmaq, mülkiyyət hüquqlarını pozmaq, sakinlərin həyatı üçün təhlükəli şəraitdə tikinti işləri aparmaqla gəlir.

Qeyd edək ki, şirkətin rəsmi baş direktoru isə Aslan Quliyev olsa da, mediada faktiki sahibinin keçmiş oliqarx deputat Əsabil Qasımovun oğlu Taleh Qasımov olduğu iddia olunur.

COP29