Tikrit azad edildi

2110edd4449f95eb462e7af99f639f5bİraqın baş naziri Heydər əl-Abadi ölkə ordusunun Tikrit şəhəri uğrunda döyüşlərdə “İŞİD” üzərində qələbə qazanıldığını bəyan edib.

Yenicag.az apa-ya istinadən xəbər verir ki, bu barədə “France-Presse” agentliyi xəbər yayıb.

Bundan əvvəl “İŞİD”-in Tikritdəki mövqelərinin artilleriya atəşinə və ABŞ tərəfindən hava zərbələrinə tutulduğu barədə məlumat yayılmışdı.

Qeyd edək ki, Tikrit şəhəri 2014-cü ilin iyulunda “İŞİD” qruplaşması tərəfindən ələ keçirilmişdi.