İrlandiyanın Məlumatların Mühafizəsi Komissiyası (DPC) Çinin “ByteDance” şirkətinə məxsus “TikTok” sosial şəbəkəsini uşaqların şəxsi məlumatlarının mühafizəsi sahəsində pozuntulara görə 345 milyon avro cərimələyib.
Yenicag.az xəbər verir ki, bu barədə DPC bəyanat yayıb.
Qanun pozuntuları 2020-ci il iyulun 31-dən dekabrın 31-dək olan dövrə aiddir.
Xüsusilə, komissiya müəyyən edib ki, uşaqların profilləri açıqdır, nəticədə onların paylaşımları “TikTok”da qeydiyyatdan keçməyənlər də daxil olmaqla qeyri-məhdud sayda insan üçün əlçatan olub. Komissiya cərimədən əlavə, “TikTok”a üç ay ərzində pozuntuları aradan qaldırmağı tapşırıb. “TikTok” İrlandiya tənzimləyicisinin qərarı ilə razılaşmadıqlarını açıqlayıb.