Yenicag.az xəbər verir ki, bu sözləri “Bu Şəhərdə” layihəsinin rəhbəri Müşfiq Abbasov “Günə son” verilişində qonaq olarkən deyib. O, Azərbaycanda TikTok-un başlanmalı olduğunu vurğulayıb:
“Sosial şəbəkələrin bayağılığına rəqabətdə uduzuruq. Üstümüzə elə kütlə ilə gəlir ki, məğlub oluruq. Sosial şəbəkələr ümumiyyətlə bağlanmalıdır. Mən də bunun tərəfdarıyam. Çox istəyərdim ki, Azərbaycanda sosial şəbəkə bağlansın. Heç olmasa, bütün günü 90 faiz bağlansın. Hamısını demirəm. İlk sırada TikTok. İntelekti olmayan insanlar TikTok-dadır. Orada ciddi birinin izləyicisi 3-5 mindən çox deyil. Sizcə yüz min izləyicisi olanların səviyyəsi var? Bugünkü bəlamız TikTok mənimlə olsaydı bağlanardı. Gecə 12-dən səhər saat 7-ə qədər işləyərdi. Çünki ora girənlərin çoxunun həyat tərzi tüfeylidir, gecədir. Gündüz artıq nə mənim balam girib oraya nəsə ois bir şey görəcək, nə sənin, nə də digərlərinin. Özü də TikTok-un alqoritmi elədir ki, sən izləyəcəyin şeyi seçmirsən, o özü sənin qabağına çıxarır.
TikTok bizim konsertlərə də mənfi təsir edir. Müğənnilərə də həmçinin. Oranın hesabına məşhurlaşan müğənnilərə görə sənət göstərmək istəyənlər qalıb kənarda. Bu, reallıqdır. Bu gün ulduz da, anşlaqla konsert verə biləcək insanlar da artıq başlayır oradan çıxmağa. Bu, heç də yaxşı hal deyil”.