“Tiktok” Rusiyanın media qurumlarının hesablarını blokladı

ABŞ-da 170 milyona yaxın istifadəçisi olan TikTok sosial şəbəkəsi ABŞ prezident seçkiləri öncəsi “seçicilərin dezinformasiyası” səbəbindən Rusiyanın RT və “Sputnik” media qurumlarının hesablarının daimi bloklandığını elan edib.

Yenicag.az xəbər verir ki, “TikTok”un yaydığı açıqlamasında Rusiya media qurumlarının “dezinformasiya” yaydığını və siyasi təbliğatı qadağan edən siyasəti pozduğunu bildirib.

Həmçinin qeyd edilir ki, bu hesablar həm Avropa İttifaqında (Aİ), həm də Böyük Britaniyada məhdudlaşdırılıb.

“Sputnik” özünün X sosial media hesabında narazılığını bildirib və qeyd edib ki, 86 min abunəçi “ən aktual geosiyasi məsələlər” haqqında məlumat ala bilməyəcək.

COP29