!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"TikTok" servisi "Facebook"u geridə qoydu - STATİSTİKA

!Reklam – Yazi

“TikTok” servisi ABŞ-dakı yeniyetmələr arasında “Facebook”u geridə qoydu.

Yenicag.az xəbər verir ki, ABŞ-da 13 yaşından 16 yaşına kimi olan yeniyetmələrin 42%-i “TikTok” servisindən istifadə edir. Həmin yaş qrupundan olan yeniyetmələrin 41%-i isə “Facebook”dan istifadə edir. Beləliklə “TikTok” servisinin göstəricisi “Facebook”un göstəricisini üstələyir. Sözügedən yaş qrupuna aid təmsilçilər arasında ən məşhur tətbiqlər isə “Instagram” (79%) və “Snapchat” (68%) servisləri qalırlar. “ByteDance” şirkətinə məxsus olan “TikTok” servisi bu reytinqdə ABŞ-ın hansısa şirkətinə məxsus olmayan yeganə servisdir.

Məlumatda qeyd edilib ki, “TikTok” servisinin məşhurluğu öz növbəsində ABŞ hökumətində sözügedən servisin öz istifadəçilərinin məlumatlarından necə istifadə etməsi barəsində şübhələr yaradır. ABŞ-ın xarici investisiyalar üzrə komitəsi artıq “ByteDance” şirkətinin vaxtı ikən ABŞ-ın “Musical.ly” adlı tətbiqini alması üzrə istintaq aparır. Qeyd etmək lazımdır ki, “DyteDance” şirkətinin “Musical.ly” tətbiqini alması nəticəsində “TikTok” servisi yaradılıb.

www.yenicag.az

3699
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv