“TikTok”un Sinqapurdakı baş ofisində kütləvi zəhərlənmə olub.
Yenicag.az bu barədə xarici KİV-lərə istinadən xəbəır verir.
Məlumata görə, 60 nəfər zərər çəkib, onlardan 57-si xəstəxanaya yerləşdirilib. Zərərçəkənlərin hamısında eyni simptomlar müşahidə olunub. Qarın ağrısı, qusma, 38+ temperatur, soyuq tər, solğunluq.
Onların hər birinə qastroenterit diaqnozu qoyulub. Zərərçəkən əməkdaşlar ofisin yeməkxanasında zəhərləniblər, hazırda orada mütəxəssislər tərəfindən yoxlama aparılır./Trend/