“”TikTok”un işində problem yarandı

“TikTok” sosial şəbəkəsinin işində problem yaranıb.

Yenicag.az-ın məlumatına görə, bu barədə populyar internet resursların işini izləyən “Downdetector” portalı xəbər verib.

Portalın məlumatına əsasən, texniki qüsurlar əsasən ABŞ, Kanada və Böyük Britaniyada qeydə alınıb.

İstifadəçilərin 81 faizi saytın, 8 faizi mobil tətbiqin işində, 11 faizi isə serverə qoşulmada problemlərlə üzləşib.