“TikTok”un MİLYONÇULARI – SİYAHI

“Forbes” jurnalı 2021-ci ildə ən çox qazanc əldə edən tiktokerlərin siyahısını dərc edib.

Yenicag.az xəbər verir ki, 5-ci yerdə Kris Kollins və Avanni Qreqdir. Onlar il ərzində 4,75 milyon dollar qazanıb.

4-cü pillədə 5 milyon dollar gəlirlə Bella Porç və Coş Riçards qərarlaşıb.

Edisson Rai 8,5 milyon dollar qazanaraq 3-cü yerin sahibi olub.

2-ci sırada Diksi Di Amelio var. Onun il ərzindəki qazancı 10 milyon dollardır.

Siyahının lideri isə Çarli Di Ameliodur. O, 2021-ci ildə “TikTok”dan 17,5 milyon dollar gəlir əldə edib.