“İŞİD terror qruplaşması ilə mübarizə ABŞ-ın əsas prioritetidir”.
Yeniçağ.Az-ın “APA”ya istinadə verdiyi xəbərə görə, bunu ABŞ-ın dövlət katibi Reks Tillerson deyib.
“Hesab edirik ki, bizim birinci dərəcəli prioritet İŞİD üzərində qələbədir”, – deyə Tillerson CBS telekanalının müxbirinin ABŞ-ın Suriyaya qoşun yeritmək planının olub-olmamasına dair sualına cavab verərkən bildirib.
“Düşünürəm ki, İŞİD təhlükəsi azaldıqdan və ya ləğv edildikdən sonra diqqətimizi artıq Suriyada vəziyyətin sabitləşməsinə yönəldə bilərik”, – deyə o qeyd edib.
Qeyd edək ki, ABŞ-ın dövlət katibi Reks Tillerson ötən həftə Ankarada rəsmi səfərdə olarkən bəyan edib ki, Suriya prezidenti Bəşər Əsədin taleyini yalnız Suriya xalqı həll etməlidir. ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli isə Bəşər Əsədin hakimiyyətdən uzaqlaşdırılmasının artıq ABŞ üçün prioritet olmadığını qeyd etmişdi.
Yeniçağ.Az