Tillerson Rusiyanın cavabını verdi: “Əsəd rejimini dəstəklədiklərini göstərirlər”

ABŞ-ın Suriyanın Şaytar aviabazasını bombalamasına etiraz edən Rusiya cavabını sərt şəkildə aldı.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, ABŞ-ın dövlət katibi Reks Tillerson Rusiyanın “terrorçuları cəsarətləndirirsiniz” ittihamını cavabsız buraxmayıb.

Məlumata görə, Tillerson Rusiyanın bu reaksiyasının onda məyusluq doğurduğunu deyib:

“Belə bir yanaşmaya görə məyus oldum. Bu, Əsəd rejiminə, öz xalqına qarşı vəhşət törədən bir rejimə dəstəyin davam etdirildiyini göstərir. Ancaq bu mövqe bizim üçün təəccüblü deyil”.

Yeniçağ.Az