Tillerson Trampı rüsvay etdi: “Heç nəyi oxumurdu”

ABŞ-ın keçmiş dövlət katibi Reks Tillerson prezident Donald Trampın nöqsanlarından danışıb.

Yenicag.az BBC-yə istinadən xəbər verir ki, Reks Tillerson CBS telekanalına müsahibəsində qeyri-adi davranışları ilə seçilən Trampı “intizamsızlıq”da günahlandırıb.

Keçmiş dövlət katibinin sözlərinə görə, Tramp ən ciddi məsələlərə belə səhlənkar yanaşır:

“Ona deyirdim ki, cənab prezident, Sizin nə etmək istədiyinizi bilirəm, ancaq bu, qanunsuzdur, belə etmək olmaz.

Mən “Exxon Mobil” kimi intizamlı bir şirkətdən sonra heç nə oxumayan, hətta brifinq üçün məruzələrə də nəzər yetirməyən, məsələlərin mahiyyətinə varmayan adamın yanında işlədim”.

Maraqlıdır ki, Tramp keçmiş komanda üzvünün ona yönələn tənqidlərinə özünün “Twitter” səhifəsində operativ cavab verib:
“Pompeo çox əla işləyir, onunla fəxr edirəm. Onun sələfi olan Tillerson isə axmaq və tənbəl idi”.