ABŞ dövlət katibi Reks Tillerson Türkiyəyə səfər edib.
Yenicag.az xəbər verir ki, “Ağ Ev” rəsmisinin Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşü nəzərdə tutulub.
Görüşlərdə Türkiyənin Afrində həyata keçirdiyi əməliyyatlar, Suriyada vəziyyət və ikitərəfli əlaqələrdə yaranmış problemlər müzakirə olunacaq.