Tillersondan istefası ilə bağlı şayiələrə münasibət – Gülüncdür!

ABŞ-ın dövlət katibi Reks Tillerson istefaya göndəriləcəyinə dair yayılan şayiələrə münasibət bildirib.

Yenicag.az xəbər verir ki, jurnalistlərin suallarını cavablandıran Tillerson bu xəbərlərə qısaca belə şərh verib: “Bu, gülüncdür!”

Qeyd edək ki, ötən gün “New York Times” qəzeti ABŞ prezidenti Donald Trampın Tillersonu Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Mayk Pompeo ilə əvəzləməyə hazırlaşdığını yazıb.

COP29