ABŞ dövlət katibi Reks Tillersonla Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.
Yeniçağ.Az-ın “Report”a istinadən verdiyi məlumatına görə, bu barədə “Anadolu” agentliyi diplomatik mənbəyə istinadən xəbər verib.
Məlumatda bildirilir ki, danışıq Amerika tərəfinin təşəbbüsü ilə baş tutub. Hələlik tərəflərin hansı məsələləri müzakirə etdikləri açıqlanmır.
Qeyd edək ki, Çavuşğolu bir neçə gün əvvəl Tillersonun Türkiyəyə səfər etmək niyyətində olduğunu bildirib. XİN rəhbəri həmçinin qeyd edib ki, Türkiyədə gələn ay keçiriləcək referendumdan sonra prezident Rəcəb Tayyib Ərdoğan
Ağ Ev rəhbəri Donald Trampla görüşəcək.
Yeniçağ.Az