Reklam

Reklam

ABŞ-ın dövlət katibi Reks Tillersonun Türkiyəyə martın 30-na nəzərdə tutulan ilk səfəri ABŞ-Türkiyə münasibətlərinin perspektivini müəyyənləşdirəcək.

Yeniçağ.Az xəbər verir ki, Türkiyənin təhlükəsizlik məsələləri üzrə tanınmış eksperti, İstanbul Siyasi Mərkəzinin elmi işçisi Metin Gürkan “Əl-Cəzirə” üçün yazdığı təhlildə Reks Tillersonun Ankaraya səfərinin mümkün nəticələrini dəyərləndirib. Dövlət katibinin səfəri çərçivəsində ABŞ-Türkiyə münasibətlərinin mühüm aspektlərinin diqqət mərkəzində olacağı şübhə doğurmur.

Bu, Donald Trampın bu ilin yanvarında səlahiyyətlərinin icrasına başladıqdan sonra ABŞ-dan Türkiyəyə edilən ilk yüksək səviyyəli səfərdir. Gürkanın fikrincə, hazırda Yaxın Şərqdə siyasi dinamikanı müəyyənləşdirən 3 əsas problem ABŞ prezidentinin gündəliyində əsas yeri tutur:

1.İŞİD-ə qarşı mübarizə yekun mərhələyə daxil olsa da, bu məsələnin birdəfəlik həlli heç də hələ ki mümkün görünmür. Çünki Yaxın Şərqdəki qlobal, regional və hətta lokal güclər artıq sırf təftişçi mövqe tuturlar və İŞİD-ə qədər olmuş status-kvonun bərpasında maraqlı olmadıqlarını açıq şəkildə bəyan edirlər.

2.İran Yaxın Şərqin təhlükəsizlik məsələsində çox bacarıqlı aktyora çevrilir və bu zaman özünün hərbi xarakterli çəkindirici imkanları, o cümlədən, İraq, Suriya və Yəməndə şiə silahlı qruplaşmalarını dəstəkləmək kimi imkanlarından istifadə edir.

3.ABŞ xüsusilə, müdafiə və təhlükəsizlik müstəvisində Yaxın Şərqi tərk etməkdədir və bu gediş Rusiyaya regiondakı nüfuzunu artırmağa imkan verir.

Əminliklə söyləmək olar ki, bu 3 məsələ Tillersonun Türkiyə səfəri çərçivəsində mütləq müzakirə ediləcək. Ancaq bu mühüm səfərin nəticələri Vaşinqtonun əsas prioritetləri əsasında müəyyənləşəcək.

Hər şeydən əvvəl Türkiyə müəyyənləşdirməyə çalışır ki, Tillerson əsasən diqqəti İŞİF-lə mübarizəyə yönəldəcək, yoxsa ABŞ İranın regiondakı təsirini azaltmaq xəttini tutacaq?

Ona görə də ümid etmək olar ki, Tillerson Türkiyəyə gələrkən ABŞ-ın həll etməyə çalışdığı məsələlərin və sənədlərin konkret siyahısını tutacaq, eyni zamanda İŞİD, İran və Rusiya ilə bağlı məsələləri də müzakirəyə çıxaracaq.

Yeniçağ.Az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 49
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."