Tillersonun Türkiyəyə səfəri dəqiqləşdi

ABŞ dövlət katibi Reks Tillersonun Türkiyəyə səfər edəcəyi dəqiqləşib.

Yenicag.az xəbər verir ki, “Ağ Ev” rəsmisi fevralın 15 və 16-da Türkiyədə rəsmi səfərdə olacaq. Afrin daxil olmaqla digər bölgələrdə davam edən münaqişələrin müzakirəsi üçün İordaniyadan Türkiyəyə səfər edən Tillerson prezident Rəcəb Tayyib Ərdoğan və digər dövlət rəsmiləri ilə görüşlər keçirəcək.

Görüşlərdə iki ölkə arasında son dönəmlərdə qeydə alınan narazılıqlar, Türkiyənin Afrindəki əməliyyatı və Amerikanın Suriyanın Türkiyə ilə sərhədində yerləşən terrorçulara silah göndərməsi müzakirə ediləcək.