Timati xalq artisti oldu

83232Rusiyalı musiqiçi və ifaçı Timatiyə (əsl adı Timur Yunusov) Çeçenistanın xalq artisti adı verilib.

Məlumata görə, Çeçenistan Prezidenti Ramzan Kadırov bu barədə müvafiq fərman imzalayıb.

R.Kadırov sosial şəbəkələrdə bununla bağlı məlumat yayıb: “Timati məmin dostumdur. Yaradıcılığına, vətənpərvərliyinə və mövqeyinə görə ona hörmət edirəm. Timati sağlam həyat tərzi sürür. O içmir və çəkmir, idmanla məşğul olur. Milyonlarla gəncə nümunədir. Buna görə ona təşəkkür etmək lazımdır”.