TİMBİR-dən Azərbaycana dəstək bəyanatı: “Qardaş ölkənin bu əsassız basqıları qətiyyətlə dəf etməsi bizi sevindirir”
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 6906 saylı fərmanı ilə yaradılan, Türkiyənin 81 vilayətində və 10 ölkədə təmsilçiliyi olan Türk İnternet Media Birliyi (TİMBİR) Azərbaycana dəstək bəyanatı yayıb.
Yenicag.az bəyanat mətnini təqdim edir:
“Bu il fevralın 7-də qardaş Azərbaycan Respublikasında növbədənkənar prezident seçkiləri keçiriləcək. Bu seçkilər 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini bərpa etmiş Azərbaycanın ən yeni tarixinə xüsusi iz buraxan seçkilər kimi düşəcək. 7 fevral seçkilərinə özəl əhəmiyyət qazandıran əsas məqam Azərbaycanda son 35 ildə keçirilmiş bütün səviyyəli seçkilərdən fərqli olaraq, onun qardaş ölkənin bütün ərazisini əhatə etməsidir. Bəli, Azərbaycan 2020-ci ildəki 44 günlük Vətən müharibəsi və 2023-cü ildə keçirilən antiterror əməliyyatlarının nəticəsində 30 ildən artıq müddət işğal altında qalan torpaqlarını azad edərək öz ərazi bütövlüyü ilə suverenliyinin tam bərpa olunmasını uğurla başa çatdırdı. Bu tarixi nailiyyət Azərbaycanın dünya miqyasında nüfuzunu son dərəcə artırmaqla yanaşı, dünyanın ən mürəkkəb bölgələri sırasında olan Cənubi Qafqaz regionunda da yeni reallıqlar yaratdı.
Azərbaycan Respublikasının qeyd olunan uğurlarından bəhs edərkən bu nailiyyətlərin məhz Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət sayəsində əldə edildiyini diqqətə çatdırmaq vacibdir.
Azərbaycan liderinin Türkiyə ilə münasibətlərin daha da dərinləşdirilməsi, Ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” prinsipinin əmələ çevrilməsi və Türk dövlətlərinin birliyi istiqamətində ardıcıl səyləri xüsusi təqdirlə vurğulanmalıdır.
Azərbaycan da daxil olmaqla, çox sayda xarici ölkədə təmsilçiyi olan Türkiyə İnternet Media Birliyi (TİMBİR) olaraq qardaş ölkəmizin Cənab İlham Əliyevin rəhbərliyi altında qazandığı böyük uğurları inanılmaz qürurla izləyir və bundan məmnunluğumuzu bildiririk.
Bununla belə, Azərbaycanın uzunmüddətli işğala son qoyaraq öz ərazi bütövlüyünü bərpa etməsi və Cənubi Qafqazda yeni reallıqlar yaratması sözdə demokratik dəyərlərin daşıyıcısı olduğunu iddia edən bəzi Qərb dövlətləri, o cümlədən bir sıra beynəlxalq təşkilatlar tərəfindən anlaşılmaz basqı ilə qarşılanıb. Başladılan və tədricən sürətləndirilən anti-Azərbaycan kampaniyasında xüsusi fəallığı ilə seçilən Fransa isə bütün “qırmızı xətlər”i keçərək Cənubi Qafqazda yeni savaşın alovlanması üçün əlindən gələn hər şeyi edir. Çox təəssüf ki, bu kampaniyada Fransanın diqtəsi ilə hərəkət edən kollektiv Qərb, Avropa Parlamenti və Avropa Şurası kimi strukturlar da Azərbaycan əleyhinə, sözün əsl mənasında, “səlib yürüşü”nə çıxıblar. Bu çərçivədə Azərbaycana qarşı əsassız ittihamların intensivləşməsi azmış kimi, son olaraq Avropa Şurasının Parlament Assambleyasının da yenidən Azərbaycan əleyhinə platformaya çevrilməsi Fransa başda olmaqla, Qərbin gerçək niyyətinin regionda sabitliyin bərqərar edilməsində qətiyyən maraqlı olmadığını bir daha ortaya qoyur. Ancaq çox məmnunedici haldır ki, Azərbaycan dövləti bu əsassız basqıları qətiyyətlə dəf edərək öz milli maraqlarından bir addım da geri çəkilmir.
TİMBİR olaraq qeyd edilən xüsuslar işığında Azərbaycan xalqının və bütün təzyiqlərə qarşı dimdik dayanan Cənab İlham Əliyevin yanında olduğumuzu bəyan etməkdən qürur duyuruq. İnanırıq ki, fevralın 7-də keçiriləcək seçkilər Azərbaycan üçün xeyirli olacaq və xalq iradəsini seçkiyə yansıdacaqdır.
TİMBİR hazırda olduğu kimi, bundan sonra da Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında, dezinformasiyaların qarşısının alınmasında qardaş ölkə ilə birlikdə hərəkət edəcək.
TİMBİR sədri:
Süleyman Basa
Sədrin köməkçiləri:
Sabiq millət vəkili Rüfət Səid və Cüneyd Altıbarmaq
Sədr müavinləri:
“MİA Xəbər” rəhbəri Çingiz Aksan
Balıkəsir Jurnalistlər Dərnəyinin sədri Səmra A. Akyürək
“Haber61″in rəhbəri Tanju Axınçıoğlu
Türk Dünyası Jurnalistlər Federasiyasının sədri Menderes Dəmir
“Əhval” qəzetinin rəhbəri Nevsər Tavqaç Əraslan
“Denge” qəzetinin rəhbəri Mehmet Aydın
İstanbul Jurnalistlər Federasiyasının sədri Adil Koçalan
Xarici Əlaqələr Komitəsinin sədri
TİMBİR İdarə Heyətinin üzvü, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər
Baş katib:
Əbdürrəhman Aksu
Bölgə rəhbərləri:
“Havadis” qəzetinin rəhbəri Müəmmər Baloğlu
Qara dəniz bölgəsi üzrə “Çay TV” rəhbəri Həsən Yavuz Bakır
Şərqi Anadolu bölgəsi üzrə “Ne Haber 24” saytının rəhbəri Səlcuq Özdəmir
Cənub-şərq bölgəsi üzrə Cənub-şərqi Anadolu Jurnalistlər Dərnəyinin sədri M.Ləvənt Özqurd
Trakya bölgəsi üzrə Təkirdağ Jurnalistlər Cəmiyyətinin sədr müavini Özkan Dikmən
Ege bölgəsi üzrə “Gazete Milas” qəzetinin rəhbəri Sərap Ülkü Özdəmir
Marmara bölgəsi üzrə “Kanal16” kanalının sahibi Həsən Özdəmir
Məsləhət Şurasının sədri:
Veysəl Cıncıq”