“Time”dan gözlənilən QƏRAR: Kim “İlin adamı” seçildi? – FOTO

ABŞ-nin nüfuzlu “Time” jurnalı ənənəvi nominasiya üzrə növbəti qalibini elan edib. 

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, “Time” jurnalı “Tesla”nın rəhbəri, “SpaceX” şirkətinin qurucusu və baş direktoru İlon Maskı “İlin adamı” seçib.

Məlumata görə, iş adamının qalib qismində adı “Time”ın “YouTube” üzərindən canlı yayımlanan mərasimində elan olunub.

Qeyd edək ki, “Time” ötən il ABŞ prezidenti Co Baydeni və vitse-prezidenti Kamala Harrisi “İlin adamı” elan etmişdi.