“Times”: “İsrail İranın sənədlərini avropalılarla paylaşacaq”

İngiltərənin nüfuzlu qəzeti “Times” İranın nüvə proqramı ilə bağlı sənədlərinin İsrailin əlinə keçdiyini yazıb.

Yenicag.az xəbər verir ki, bu gün dərc olunan yazıda Tehranda 100 min dokumentdən ibarət qovluğun İsrailin gizli kəşfiyyat qruplaşması “Mossad” tərəfindən ələ keçirildiyi bildirilib. Sənədlərdə İranın nüvə silahının istehsalı sahəsində olduqca qərarlı olduğu və bir sıra gizli məlumatlar öz əksini tapıb.

İddiaya görə, İsrail bu məlumatları avropalılara verməklə nüvə sazişinin vaxtını uzatmağa ehtiyac qalmadığını sübut edəcək. Belə ki, Avropa İranın hansı addımları atmağı nəzərdə tutduğunu əvvəlcədən biləcək.

Yazıda, həmçinin, İranın müqavilədə olan boşluqlardan məharətlə istifadə etdiyi bildirilib və qeyd olunub ki, İranın əsl niyyətini etiraf etməsi üçün ona təzyiqlər göstərilməlidir.

COP29