Timmermans: “Rusiya artıq müharibəni uduzub”

“Rusiya Ukraynadakı müharibəni artıq uduzub, lakin onun başa çatmağına hələ çox var”.

Yenicag.az xəbər verir ki, bunu Avropa Komissiyasının (AK) icraçı vitse-prezidenti Frans Timmermans bildirib.

“Rusiya indi beynəlxalq arenada tam təcrid vəziyyətindədir. Sanksiyalar ona ağır zərbə vurur, müharibə baha başa gəlir”, – o vurğulayıb./Report/