TIR-la toqquşan avtobus yandı: ölən və yaralananlar var

Türkiyənin Çorum vilayətində dəhşətli yol qəzası baş verib.

Yenicag.az türk mediasına istinadən xəbər verir ki, Çorumda sərnişin avtobusu TIR-a çırpılıb. Toqquşmanın şiddətindən avtobus yanmağa başlayıb. Nəticədə, 6 nəfər həyatını itirib, 19 nəfər isə yaralanıb.

Qeyd edək ki, hadisə yerinə çoxlu sayda yanğınsöndürən və təcili tibbi yardım maşını cəlb olunub. Ölü sayının artacağı ehtimal olunur.