!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Tır parkı”nda yararlı top mərmisi tapıldı

!Reklam – Yazi

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Sumqayıt şəhərində “Tır parkı” adlanan ərazidə sursat aşkar olunması barədə məlumat daxil olub.

Nazirlikdən Yenicag.az-a bildirilib ki, məlumat qəbul edildikdən dərhal sonra FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin pirotexniki işlər üzrə mütəxəssisləri xilasetmə işlərinə cəlb olunub.

Pirotexniklər tərəfindən əməliyyat şəraiti qiymətləndirilib, təhlükəsizliyin təmin olunması istiqamətində zəruri tədbirləri görülüb və aşkar olunmuş sursata baxış keçirilib.

Döyüş tətbiqinə yaralı, 85 millimetrlik top mərmisi olduğu müəyyən edildikdən sonra həmin sursat zərərsizləşdirilməsi üçün məhvetmə ərazisinə daşınıb. Top mərmisinin tapıldığı ərazidə aparılan axtarışlar nəticəsində heç bir şübhəli əşya aşkar edilməyib.

www.yenicag.az

573
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv