Tiryək satarkən saxlanıldı – Fotolar

Nizami Rayon Polis İdarəsi 25-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində də narkotik vasitələrin qanunsuz alqı-satqısı ilə məşğul olan şəxs zərərsizləşdirilib.

Yenicag.az-a daxil olan məlumata görə, həyata keçirilən əməliyyat nəticəsində Bakı şəhər sakini Kamil Məmmədov 1 kiloqram 520 qram tiryəki 9000 manata satmaq istəyən zaman saxlanılıb.

Hər iki faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.

Yenicag.az