ABŞ Sahil Mühafizəsi daha əvvəl Atlantik okeanında yoxa çıxan “Titan” batiskafının ekipajı üzvlərinin cəsədlərinin qalıqlarının axtarışını davam etdirəcək.
Yenicag.az-ın xəbərinə görə, bu barədə cümə axşamı ABŞ Sahil Mühafizəsinin kontr-admiralı Con Mauger mətbuat konfransında bildirib.
“Biz işi davam etdirəcəyik və ərazinin dibində kəşfiyyatı davam etdirəcəyik, lakin [ekipajın qalıqlarının tapılması] perspektivləri ilə bağlı suala hələ cavab verə bilmərəm”, – o bildirib.