“Titan” batiskafının sahibi “OceanGate Expeditions”ın dünyaya çıxış “qapıları” bağlandı – FOTO

Atlantik okeanının sularında partlayan “Titan” batiskafının sahibi olan ABŞ-nin özəl “OceanGate Expeditions” şirkəti bütün sosial media hesablarını silib.

Yenicag.az xəbər verir ki, son vaxtlara qədər şirkətin “Facebook”, “Instagram”, “Twitter” və “LinkedIn”də hesabları olub.

Bundan əvvəl isə “OceanGate Expeditions”ın internet saytında tədqiqat və kommersiya fəaliyyətini dayandırdığı barədə bildiriş yerləşdirilib.

Xatırladaq ki, iyunun 19-da “OceanGate Expeditions” şirkəti “Titanik”in batdığı yerə turistləri çatdırmaq üçün nəzərdə tutulmuş “Titan”la əlaqənin kəsildiyini açıqlayıb. Üç gün sonra ABŞ Sahil Mühafizəsinin Şimal-şərq bölməsi “Titanik” yaxınlığında dağıntıların aşkar edildiyini bildirib. Tezliklə qurum təsdiq edib ki, bunlar itkin batiskafın hissələridir. Təhlillər göstərib ki, dərinlik dəniz gəmisinin bütün sərnişinləri ölüblər.

“Titan”ın göyərtəsində “OceanGate Expeditions” şirkətinin rəhbəri Stokton Raş, fransız akvanavt Pol-Henri Narjolet, təyyarə satışı və istismarı ilə məşğul olan “Action Aviation” şirkətinin sahibi britaniyalı milyarder Hemiş Hardinq, pakistanlı iş adamı Şahzadə Davud və oğlu Süleyman olublar.

Bir müddət əvvəl partlayan batiskafdakı pilotla batan “Titanik”in sərnişinləri arasında mistik əlaqə, həmçinin “Titan” sərnişinlərinin son saatları ilə bağlı xəbər verilib.

Mənbə: TASS

COP29