“Titli” qasırğası 34 can aldı

Hindistanda tüğyan edən “Titli” qasırğası nəticəsində ölənlərin sayı 34 nəfərə çatıb.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, küləyin gücü saatda 140 km çatıb.

Belə ki, Oriss ştatında güclü leysan yağışları ilə müşayiət olunan küləkli hava 16 nəfərin, yağışlar nəticəsində baş vermiş sürüşmə isə 18 nəfərin həyatına son qoyub.

Qeyd edək ki, qasırğa səbəbindən dərslər təxirə salınıb. Orissa ştatının sahilətrafı 5 dairəsindən təxminən 300 min insan təxliyə edilib.

COP29