TMİF ilə Əl-Fərabi adına Qazax Milli Universiteti arasında anlaşma memorandumu imzalandı

Türk Mədəniyyəti və İrsi Fondu ilə Əl-Fərabi adına Qazax Milli Universiteti arasında ortaq tarixi köklərə malik Türk ölkələri və xalqlarının mədəni əlaqələrinin genişləndirilməsi, eləcə də Türk dünyasının ədəbi və mədəni irsinin beynəlxalq aləmdə təbliği məqsədilə anlaşma memorandumu imzalanıb.

Fonddan Yenicag.az-a bildirilib ki, sənədi Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova və Qazaxıstan Respublikası Milli Elmlər Akademiyasının vitse-prezidenti, Əl-Fərabi adına Qazaxıstan Milli Universitetinin rektoru Janseit Tuymebayev imzalayıblar.

Memorandumun məqsədi tərəflər arasında əməkdaşlığın inkişafına təkan verməkdir.

Sənəddə Türk dünyasının maddi-mənəvi dəyərlərinin qorunması və təbliği istiqamətində müxtəlif layihələrin həyata keçirilməsi, həmçinin türkologiya sahəsində əməkdaşlıq kimi vacib məsələlər yer alıb.

COP29