Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

TN-dən "valideynlər vaksin olunmalıdır?" sualına İLGİNC CAVAB: "Xeyr, həm də bəli"

Təhsil Nazirliyi valideynlərin vaksin olunması ilə bağlı nazirlik tərəfindən xüsusi tələbin olması iddiası ilə əlaqədar yayılan məlumatlara münasibət bildirib.

Yenicag.az xəbər verir ki, nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov “Valideynlər də vaksin olunmalıdırmı?” sualını cavablandırıb.

“Son vaxtlar bizə sorğu, telefon zəngi ilə müraciət edən jurnalist həmkarlarımızın əksəriyyəti eyni sualı soruşurlar- məktəblərə valideynlərin vaksin olunması ilə bağlı tapşırıq verilibmi? Cavab budur ki, xeyr, verilməyib. Ancaq suala cavab verilərkən, həm də “bəli” demək istərdik. Niyə? Ona görə ki, yeni tədris ilində məktəb təkcə vaksin olunmuş müəllimdən deyil, həm də vaksinlənmiş valideyndən asılıdır. Bu, belə deyilmi?! Bir sözlə, təhsil üçün vaksinasiya bu gün də aktualdır”, – deyə o əlavə edib.

www.yenicag.az

516
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100