Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Tofiq Heydərov Zakir Fərəcova qalib gəldi? - "Tezliklə, satışlarımıza mane olan...'

“AAAF Parkı”ın rəhbəri Tofiq Heydərov Azərbaycana qayıdıb.

Yenicag.az xəbər verir ki, artıq iş başında olan Heydərov, mövcud problemlərin aradan qaldırıldığını bildirib:

“Bu gün artıq işdəyəm, bütün problemlər demək olar ki, həll olundu. Cənab Prezidentimizə dərin minnətdarlığımı bildirirəm ki, biz idmançıların hər bir problemini həll edir. Tezliklə, satışlarımıza mane olan çıxarış məsələləri və digər problemlər də həll olunacaq.

Allahın köməkliyi ilə bizə qarşı bundan sonra kiçik bir haqsızlıq belə olmayacaq. Şirkətlərimizin əməkdaşlarına da bundan sonrakı fəaliyyətində qanunlar çərçivəsində işləməyi və dövlətimizin inkişaf etdirilməsində nümunəvi bir şirkətlərə çevrilməyini arzulayıram”.

Qeyd edək ki, bir müddət əvvəl iş adamının həbs olunmasına dair xəbərlər yayılıb. Ardınca isə sözügedən obyektdə icraçılar tərəfindən yoxlamalar aparılıb. Heydərov bundan əvvəl isə bildirib ki, onun işinə mane olan şəxslər var. Bunlardan biri də vaxtı ilə Abşeronun icra başçısı olan, hazırda isə Sumqayıtda sözügedən vəzifəni icra edən Zakir Fərəcovdur.

 

 

www.yenicag.az

9151
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM