!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tofiq Yaqublu Baş Prokurorluğa çağırılıb

!Reklam – Yazi

137352_res_01Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu Baş Prokurorluğa dəvət edilib.

Bu barədə məlumatı Musavat.com-a onun özü verib.

Tofiq Yaqublu əməkdaşımıza bildirib ki, 2013-cü ildə onu həbs edən müstəntiq Nadir Mirzəyev səhər saatlarında zəng vurub və baş prokurorun müavini Rüstəm Usubovun görüş istəyini çatdırıb. Tofiq Yaqublu isə Neftçala rayonunda şəhid hərbçimizi Sadiq İmanovun yas mərasimində olduğunu deyib və Bakıya günortadan sonra dönəcəyini deyib. Beləliklə, görüşün saat 17.00-da keçirilməsi razılaşdırılıb.

Tofiq Yaqublu əməkdaşımıza bildirib ki, Baş Prokurorluğa vəkilsiz gedəcək. Çünki vəkilə ehtiyac duymur.

Bununla belə, Müsavat başqanının müavini Baş Prokurorluğa hansı işlə əlaqədar dəvət edildiyini bilmədiyini deyib.

www.yenicag.az

484
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv